Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur

 

Lerik rayonunda 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi işlərinə başlanılıb.

 

Bu barədə "Azəravtoyol"ASC-yə istinadən xəbər verir.

 

Uzunluğu 36 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.

 

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.

 

Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Asfaltlanacaq sahə 200 min kv. metrdən çoxdur.

 

Yolda hər biri 2 aşırımlı olmaqla 3 ədəd körpü keçidi əsaslı şəkildə təmir ediləcək. Bundan başqa suların ötürülməsi üçün 70 yerdə müxtəlif diametrli ümumi uzunluğu 1162 poqon metr olan dəmir-beton borular və 1 ədəd eni 4 metr, hündürlüyü isə 2,5 metr olan düzbucaqlı dəmir-beton suötürücü də quraşdırılacaq.

 

Layihəyə uyğun bütün işlər yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

30.06.2017 08:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ