Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SilkWay Bankdan yeni maliyyə xidməti

iç səhifə xəbər başlığı altı (mobil)_31
SilkWay Bankdan yeni maliyyə xidməti
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SilkWay Bank Avropa ölkələrində edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılması üçün yeni maliyyə xidməti - TaxFree4U təqdim etmişdir.

 

Reklam_3_11

Hazırda SilkWay Bank kart sahibləri alış-veriş etdikləri ölkələrin hava limanlarında olarkən uçuşdan əvvəl növbədə vaxt itirmədən ən qısa müddətdə ƏDV-ni geri ala bilərlər. SilkWay Bank kart sahibləri TaxFree4U tətbiqini yüklədikləri zamanswbank promokod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəklər.

 

Avropa* ölkələrində həyata keçirilmiş alış-verişlər üzrə ən yüksək ƏDV məbləğini geri qaytarmaq üçün SilkWay Bank kart sahibləri aşağıdakı müddəaları yerinə yetirməlidirlər:

 

- TaxFree4U mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan swbank promo koduilə keçməlidir;

 

- Pasport** şəklini yükləməli (bəyannamənin doldurulması zamanı Aİ vətəndaşlığının olmaması və digər məlumatların təsdiq olunması üçün), səyahət haqqında məlumatları daxil etməli;

 

- Uçuşdan 24 saat əvvəl qəbzlərin fotolarını TaxFree4U mobil tətbiqə yükləməli;

 

- Hoteldə artıq doldurulmuş bəyannaməni çap etməli (ƏDV-nin geri ödənilməsi forması), bu bəyannamə TaxFree4Uxidməti tərəfindən istifadəçinin e-poçtuna  göndəriləcək;

 

-  Avropa ölkələrindənuçuşdan əvvəl qablaşdırılmış bağlamaları birkaları ilə birgə yoxlamadan keçirərək gömrük rəisindən bəyannaməyə möhür vurulmasını təmin etmək;

 

- Azərbaycana gəldikdən sonra möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 1-də SW Bank-ın 1 saylı şöbəsində TaxFree4U qutusuna yerləşdirin;

 

- İstifadəçidən sənədlərin orijinalları əldə edildikdən sonra 48 saat ərzində SilkWay Bank kartlarına ilk geri ödəniş zamanı geri ödəniləcək məbləğdən əlavəSilkWay Bank-dan 5 avro bonus ödəniləcək.  

 

SilkWay Bank kart sahibləri üçün TaxFree4U mobil tətbiqinin üstünlükləri:

 

Fayda: TaxFree4Uxidməti ən yüksək geri ödəniş %-i tətbiq edir; ƏDV-nin geri ödənildiyi bütün mağazalar üzrə alış-verişlər üçün ƏDV-nin geri ödənilməsini təmin edir; qəbzlərin məbləğini vahid bəyannamədə birləşdirərək hər bir ölkədə tələb olunan icbari minimal alış-veriş məbləğini ləğv edir;

 

Rahatlıq: əlavə sənədlər və növbə olmadan. Tətbiq vasitəsilə qəbzlərin şəklini çəkmək kifayətdir- TaxFree4U mütəxəssisləri özləri bəyannaməni dolduracaq, sizə e-poçt vasitəsilə göndərəcəklər; 

 

Sürət: Geri ödəniş məbləği SilkWay Bankkartına, sənədlərin orijinallarını əldə etdikdən sonra 48 saat ərzində yatırılır, bu ƏDV-nin geri ödənilməsi üzrə operatorlar arasında ən qısa zaman müddətidir;

 

Azərbaycan vətəndaşları 28 Avropa İttifaqı ölkəsində ƏDV-nin geri ödənilməsi hüququna malikdirlər.TaxFree4U xidməti  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

 

TaxFree4U xidməti - Avropa* ərazisində həyata keçirilən alış-verişlər üzrə ƏDV-nin geri ödənilməsini tətbiq edən dünya üzrə ilk onlayn xidmətdir. Xidmət turistləri bəyannamələri doldurmaq, bir neçə növbədə dayanmaqdan azad edir və TaxFree operatorları arasında müştərinin kartına ən  yüksək faiz dərəcəsinin tətbiq olunmasını həyata keçirir. Bugünədək, TaxFree4U ƏDV-nin geri ödənişi üzrə sadələşdirilmiş xidmətdən Avropa ölkələrinin çox sayda turistləri istifadə etmişdir.https://taxfree4u.eu/ru/

 

*Xidmət  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

 

**Pasport, kart və eləcə də sənədlərin fotosu/ nüsxəsi qorunur  və üçüncü şəxslərə ötürülə bilməz.

 

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

30.06.2017 09:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ