Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlətin borcu 20 milyard manata çatır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətin borcu 20 milyard manata çatır

Azərbaycanın xarici dövlət borcu illik müqayisədə 448,7 mln. dollar və ya 6,0% azalaraq 2017-ci il aprelin 1-nə 7,0 mlrd. ABŞ dollarına (11,9 milyard manat) bərabər olub.

 

Reklam_3_11

Bu barədə 2017-ci il dövlət büdcəsinə dəyişiklik haqqında qanun layihəsinədə bildirilir.

 

"Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 7 mlrd. ABŞ dolları olub".

 

İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,1%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 713,5 dollar olub. 2017-ci il aprelin 1-nə xarici borc üzrə alınan kreditlərin 7,5%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 76,7%-i ABŞ dolları, 11,8%-i avro, 2,4%-i Yaponiya yeni, 1,6%-i isə digər valyutaların payına düşüb.

 

Ölkəyə cəlb edilən kreditlərin 32,1%-ni sabit dərəcə ilə olan kreditlər, 67,9%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,3%-i 10 ilə qədər olan müddətdə, 38,8%-i 10-20 il müddətdə, 3,9%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

İmzalanmış kredit sazişləri üzrə 2017-ci ilin I rübü ərzində 83,2 mln. dollar məbləğində vəsait istifadə edilib. 

 

Bununla yanaşı qeyd olunur ki, 2017-ci il aprelin 1-nə dövlətin daxili borcu 7 mlrd. manat təşkil edib. Beləliklə, dövlətin xarici və daxili borcu birlikdə 18,9 milyard manatdır.

 

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 mlrd. 913,2 mln. dollar, xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,4% təşkil edib. Ötən il aprelin 1-nə xarici dövlət borcu 7 mlrd. 448,7 mln. dollar borcun ÜDM-ə nisbəti isə 21% olub.

 

MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT

 

© Report

30.06.2017 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ