Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergilərə əlavə 50 milyon manat maliyyə sanksiyaları daxilolmaları tapşırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilərə əlavə 50 milyon manat maliyyə sanksiyaları daxilolmaları tapşırıldı

 

Xəbər verdiyimiz kimi 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 511 milyon manat, xərcləri isə 1 milyard 41 milyon manat artırılır. Bu gün bu barədə qanun layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

Reklam_3_11

 

“Marja” xəbər verir ki, büdcənin gəlirlərinin artırılmasının səbəblərindən biri maliyyə sanksiyalarından daxilolmaların artımı ilə bağlıdır.

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən 2017-ci ilin yanvar ayının 1-dən vergi qanunvericiliyinin pozulmasına görə, inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Belə ki, nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi maliyyə sanksiyalarından daxilolmaların artımını zəruri edib. Bu məqsədlə, vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnozun 50 mln. manat artırılması nəzərdə tutulur”, - deyə qanun layihəsində qeyd olunub.

30.06.2017 11:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ