Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf Bankı yaradıla bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf Bankı yaradıla bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “2017- ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

 

Reklam_3_11

Deputat bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsbət hesab edilir: “Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb.  SOCAR-a ayrlmış vəsait “Azəriqaz”da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma “Azəriqaz” itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır. 

 

Beynəlxalq Banka avadanlıq emissiyyası ilə bağlı 4 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu da dövlət imicinin qorunub saxlanılması üçün vacibdir. Bundan əlavə, əgər biz iqtisadiyyatın inkişafına nail olmaq istəyiriksə, real sektora vəsaiti ayırmağı da diqqətdə saxlamalıyıq”. 

 

Deputat ƏIi Məsimli çıxışında isə qeyd edib ki, neft dövründən qalan problemlərin həllinə də vəsait ayırırıq: “ Hesab edirəm ki, bankları düşdüyü vəziyyətdən çıxarmaq lazımdır, nəinki onların lisenziyalarını əldən almaq. Eyni zamanda iki yeni bank da yaradıla bilər. Bunlar Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf banklı ola bilər. Bunun üçün də yaxşı olardı ki, Bank Məcəlləsinin qəbulu sürətləndirilsin. 

 

Tahir Kərimli Milli Məclisə bəzən qurumlar mexaniki aqreqat kimi baxırlar: “Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik.  Mən qorxuram ki gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik?  Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq”.

 

© Qafqazinfo

30.06.2017 13:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ