Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL ABŞ-a cavab verməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL ABŞ-a cavab verməyə hazırlaşır

 

“ABŞ hökuməti tərəfindən ölkəyə yerinə yetirilən uçuşlarda yeni təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq sorğu aviaşirkətimizə dünən daxil olub”. 

 

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib:

 

"Hazırda müvafiq sorğunun tərəfimizdən doldurulması prosesi gedir və yaxın zamanda həmin sənəd ABŞ-a göndəriləcək".

 

“Biz Nyu-Yorka uçuşlarda təhlükəsizlik qaydaları ilə bağlı aviaşirkətimizdə heç bir problemin yaranmayacağına əminik. Belə ki, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FMAİ) Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində I dərəcə reytinqi verib və bundan sonra yeni istiqamət açılıb”, - deyə açıqlamada qeyd olunub.

 

Qeyd edək ki, Bakıdan Nyu-Yorka ilk müntəzəm aviareys 2014-ci il sentyabrın 24-də yerinə yetirilib. Reyslər uzaq məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir "Boeing B-787" laynerləri ilə həyata keçirilir.

 

Xatırladaq ki, ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib. Bu tədbirlər təyyarənin göyərtəsinə partlayıcı maddələrin keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

 

Eyni zamanda, yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir.

 

Aviaşirkətlərə belə yoxlama tədbirlərinə tam hazırlaşmaq üçün 3 ay vaxt verilib, əks təqdirdə, onlara ABŞ-a uçuşlar həyata keçirmək qadağan edilə bilər.

 

© Report

 

30.06.2017 13:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ