Dünyanın ən çox qazanan icraçı direktoru

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən çox qazanan icraçı direktoru

Dünya rabitəsində inqilab yaradan Apple, hər nə qədər İcraçı direktoru Tim Kukun (Tim Cook) maaşını 8,75 milyon dollar kimi göstərsə də, 56 yaşlı müdirin xalis gəliri 145 milyon dollardır.


 
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, Kukun 2016-cı il xalis gəlirlərinin çoxu, beş il əvvəl Apple-ın İcraçı direktoru (CEO) olanda verilən 136 milyon dollar dəyərində 1,26 milyon səhmdən gəlir. Səhmlərin beşdə biri Apple-ın üç illik səhmdar mənfəətinə bağlıdır. Geri qalan 980 min səhm də Kukun davam edən vəzifəsi səbəbilə qazanılmış hüququdur. İphone-un istehsalçısı olan şirkətin səhmləri son 36 ayda 78 faiz yüksəlib.


 
Kukun 145 milyon dollarlıq gəlirinin 3 milyon dolları maaş, 5,37 milyon dolları nağd bonus və 377 min 719 dolları mükafatlardan gəlib. Kuk, 2015-də verdiyi müsahibəsində sərvətini xeyriyyə işlərinə bağışlayacağını bildirmişdi.
 


100 milyon dollar sərhədini keçən yeganə rəhbər Tim Kuk deyil. "Netflix"in İcraçı direktoru Reed Hastings-in maaşlar, mükafatlar və səhmlərdən cibinə girən məbləğ 106 milyon dollara çatıb.


 
Kukdan sonra ikinci yerdə gələn Reed Hastings-in gəlirlərinin demək olar ki, hamısı, ona 2006-da verilən opsiyonlardan gəlir. Şirkətin səhmləri son 10 ildə 3 min faizdən çox yüksəlib.


 
S&P 500 siyahısında yer alan və son bir ildə mövqeyi dəyişməyən 25 CEO-nun keçən ilki xalis gəliri 1,65 milyard dollara yaxındır. Siyahıda  texnologiya, səhiyyə və media sahibkarları daha çoxdur.

30.06.2017 13:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ