Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda qızılı 616 dollara hasil edib, 1 253 dollara satıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qızılı 616 dollara hasil edib, 1 253 dollara satıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkətinin bu gün Londonda illik yığıncağı keçirilib.

 

Yığıncaqda şirkətin baş icraçı direktoru Reza Vəziri 2016-cı ildə mənfəətə dönüşdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, 2016-cı ildə şirkətin gəlirləri cüzi artaraq 70 mln. dollara çatıb:

 

“Ötən il bir unsiya qızıl hasilatı üçün xərclər 2015-ci ildəki 858 dollardan 616 dollara düşüb. Bunun nəticəsində, şirkət vergidən öncə rekord miqdarda - 6,8 mln. dollar mənfəət əldə edib".

 

O qeyd edib ki, ötən ilin sonuna şirkətin borcu 14 mln. dollar azalaraq 35 mln. dollar təşkil edib.

 

R.Vəziri hasilat göstəricilərindən də danışaraq xatırladıb ki, 2016-cı ildə mis hasilatı əvvəlki illə müqayisədə 2 dəfə  artaraq 1 941 tona, gümüş hasilatı isə 5,8 dəfə artaraq 165 131 unsiyaya çatıb:

 

“Ötən il 65 394 unsiya qızıl hasil edilib. Bir unsiya qızıl hasilatı üçün xərclər 616 dollar təşkil edib. Ötən il qızıl hər unsiyası orta hesabla 1 253 dollara satılıb. Bu mükəmməl maliyyə və hasilat göstəriciləri davamlılıq və xərclərin azaldılması üzrə uzunmüddətli planın uğurunu əks etdirir. Bu il üçün bu stategiyanın əsas elementləri açıq yataq (“Gədəbəy”) və “Qadir” yeratlı mədənindən hasilat və kəşfiyyat işlərini davam etdirmək, eyni zamanda yeni kəşf edilən “Uğur” qızıl yatağından hasilata başlamaqdır. Biz zavodlarda yeni konfiqurasiyanı nəzərdən keçiririk ki, bu da emal porsesində əlavə rahatlıq yaradacaq. 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırdığımızı elan etmişik”.

 

Şirkət rəhbəri bu ilin qalan hissəsi və 2018-ci il üçün optimist olduqlarını da qeyd edib.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Report

30.06.2017 13:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ