Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Amazon axır ki, Nike-ı razı salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amazon axır ki, Nike-ı razı salıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İdman geyimin ən tanınmış markalarından biri olan Nike, onlayn alış-veriş nəhəngi Amazon-la strateji tərəfdaşlığa imza atıb. Yaxında başlayacaq pilot layihə çərçivəsində Nike-ın məhdud məhsulları birbaşa olaraq Amazon-da satılacaq.

 

"Marja" xəbər verir ki, illərdir Amazon-a girməyi rədd edərək öz onlayn satış platformasını inkişaf etdirməyə diqqət yetirən Nike, Amazon-a girmək üçün digər bütün saxta məhsulların satışının qadağan olunmasını tələb edir.


 
Şirkətin səhmləri bu xəbərdən sonra 7%-dən çox artıb. 


Nike-ın İcraçı direktoru Mark Parker, müqavilənin hələ yeni bağladıqlarını və satış nəticələrini analiz edəcəklərini söyləyib.


 
Dünyanın ən böyük ayaqqabı istehsalçısı, Amazon ilə tərəfdaşlığı ilə bərabər, dördüncü rüb maliyyə göstəricilərini də açıqlayıb.


 
Şirkətin ümumi gəliri gözləntilərə paralel olaraq 8,68 milyard dollar səviyyəsində olub. Keçən il 846 milyon dollar olan xalis gəlir isə bu il 1 milyard dolları görüb. Nike-dan verilən açıqlamada aşağı idarəetmə xərcləri və aşağı vergi nisbətinin xalis mənfəəti qaldıran səbəblər arasında göstərilib.

 

ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

30.06.2017 13:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ