Ən yuxarı (mobil)-2_30

“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək

“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək.

 

Qurğu istehsalçılarının indiyədək geniş funksionallığa malik müxtəlif “ağıllı” üzüklər təqdim etmələrinə baxmayaraq, bu mobil qurğular vasitəsilə alış-veriş üçün ödənişlər etmək və ya avtomobili işə salmaq qeyri-mümkün olub. Bu dəfə isə “Tokenize Inc.” şirkəti bunu özündə “NFC” və “Bluetooth” funksiyalarını birləşdirməklə kredit kartlarını, qıfıl açarlarını və ya digər qurğuların parollarını əvəz etməyə imkan verən yeni “ağıllı” “Token” üzüyü vasitəsilə dəyişməyə hazırlaşır.

 

Şirkətin yaydığı məlumata görə, “Tokenize Inc.” üzüyü kredit kartları funksiyası ilə təmin etmək üçün “MasterCard” və “Visa” ilə tərəfdaşlıq haqqında saziş imzalayıb. Bundan başqa, dünyanın 50-dən çox nəqliyyat şirkəti “Token” üzüyünün köməyi ilə biletlər üçün ödənişləri dəstəkləyəcək.

 

“Token Door Lock” qıfıl proqramı sayəsində üzükdən evin açarı kimi istifadə mümkün olacaq. “Token” üzüyünün maraqlı xüsusiyyətlərindən biri də onun avtomobil açarı kimi istifadə edilməsidir.

 

Sukeçirməz korpusa malik qurğunun quraşdırılmış akkumulyatoru enerji ilə tam doldurulmaqla 14 gün istifadə üçün hesablanıb.

 

“Token” üzüyü üçün ilkin sifarişlər 249 dollara qəbul edilir. İlkin tədarüklərə cari ilin sonunda başlamaq nəzərdə tutulur.

 

©Azərtac

30.06.2017 16:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ