Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Donald Trump: Şimali Koreyaya səbrimiz bitdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Donald Trump: Şimali Koreyaya səbrimiz bitdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
ABŞ Prezidenti Donald Trump,"Şimali Koreya rejiminə qarşı strateji səbr dövrü uğursuz oldu. Düzünü desək, bu səbr bitib" deyib.


 
"Marja" xəbər verir ki, Trump, ilk dəfə Ağ Evdə qəbul etdiyi Cənubi Koreyanın prezidenti Moon Jae-in ilə Oval Ofisdəki görüşündən sonra birgə mətbuat konfransı keçirib.


 
"CƏNUBİ KOREYA İLƏ YAN-YANA OLACAĞIQ


 
"İki ölkə arasındakı münasibətlərin sarsılmaz olduğunu vurğulayan Trump, Şimali Koreya təhlükəsinə qarşı ABŞ-ın hər zaman Cənubi Koreya ilə yanaşı olacağını bildirib.


 
Trump, "Şimali Koreya rejiminə qarşı strateji səbr dövrü uğursuz oldu. Dürüst desək, bu səbr bitib. Şimali Koreya kimi tanınan pisliyə qarşı müttəfiqlərimizi və öz vətəndaşlarımızı qorumaq üçün diplomatik, təhlükəsizlik və iqtisadi tədbirlər nöqtəsində Cənubi Koreya və Yaponiya ilə yaxın çalışırıq" ifadələrini istifadə edib.

 


"QARŞILIQ TƏLƏB EDİR"


 
Trump  "Şimali Koreyanın vəhşi və qaniçən rejiminin təhdidi ilə birlikdə üzləşirik. Bu rejimin nüvə və balistik raket proqramları qərarlı bir qarşılıq tələb edir" deyə əlavə edib.


 
Moon ilə Şimali Koreyaya qarşı görüləcək bütün tədbirləri danışdıqlarını dilə gətirən Trump, həmçinin iki ölkə arasındakı ticarət müqaviləsini də yenidən müzakirə etdiklərini deyib.


 
 ABŞ-ın Vitse-prezidenti Mike Pence, Asiya səfəri çərçivəsində Aprelin 17-də Cənubi Koreya ilə Şimali Koreyanı bir-birindən ayıran bölgəyə səfər etmiş və  "ABŞ-ın strateji səbr dövrü sona çatmışdır" şəklində danışmışdı.

01.07.2017 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ