Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Qardaşımın həbsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qardaşımın həbsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir"

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan-Gürcüstan sərhəddindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi olan qardaşı Mehmandar Həsənovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

M.İbrahimqızı  açıqlamasında qardaşı M.Həsənovun həbs olunmadığnı deyib.

 

O, qardaşı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Bu məlumat əsassız və qərəzlidir. Qardaşım hazırda öz işindədir".

 

Qeyd edək ki, mətbuatda Azərbaycan-Gürcüstan Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Mehmandar Həsənovun saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun iş yerində, maşınında və evində axtarış aparıb, onun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Məlumatda qeyd olunub ki, M.Həsənovla yanaşı bir neçə nəfər də saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları bildirilir.

 

© Report

01.07.2017 10:56

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ