Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlham Əliyev vəzifəli şəxsi cəzalandırdı - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev vəzifəli şəxsi cəzalandırdı - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münasibəti barədə  açıqlama verib.

 

Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunmuşdur.

 

Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi.

 

Əli Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanmışdır.

 

Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir.

 

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.

 

ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT

 

XXX

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında” Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

01.07.2017 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ