Ən yuxarı (mobil)-2_30

Dollar təxminən 7 ilin ən pis yarımilini qeyd edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar təxminən 7 ilin ən pis yarımilini qeyd edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Dollar 2006-cı ildən bu yana ilə ən pis başlanğıcını qeyd edib. ABŞ valyutasının tarixi hərəkətlərinə baxsaq, vəziyyət tezliklə daha da pisləşə bilər.


 
ABŞ bazarları baxımından, gələn Cümə günü Dollara təsir edə biləcək kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaq. Göstərici Dolların bahalaşmasını gözləyənlər tərəfindən yaxından təqib ediləcək.  Dollar İndeksi, geridə qalan on məşğulluq hesabatının doqquzundan sonra (Fevral, Mart və May aylarında məşğulluq gözləntini aşıb) geriləmə qeyd edib.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, "Goldman Sachs"ın strateqi Michael Cahill, "Dollar, müsbət məlumatlara reaksiya vermir, amma mənfi xəbərlərlə zəifləməyi davam etdirir. Bu vəziyyətin belə davam edəcəyi müddət ərzində göstəricilər açıqlandıqca Dollar mühüm valyutalar qarşısında ucuzlaşacaq" deyib.


 
Dollar, 2017-ci ilin ilk yarısını ucuzlaşma ilə (2011-ci ildən bəri görülən ən uzun azalma prosesi) başa vurub. ABŞ Dolları, prezident seçkilərinin ardından qazandığı dəyəri geri verib. İyun ayına qədərki 6.6%-lik azalma, ABŞ valyutasının 2010-ci ildən bəri qeyd etdiyi ən pis yarım il olub.


 
"Credit Suisse" strateqi Alvise Marinoya görə, Trump hökumətinin iqtisadi siyasətlərinə qarşı nikbinliyin azalması, Fed-in siyasətini və müsbət məlumatları kölgədə qoyub. Pul siyasəti tərəfində olanlar eyni dərəcədə əhəmiyyət daşımır. 
 


ABŞ Dolları, təkcə ötən həftə Avro qarşısında 2%-dən çox dəyər düşüb, funt-sterlinq və Kanada Dolları qarşısında da  2%-dən çox geriləyib.


100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

JPMorgan Chase analitiklərinə görə, nikbin olmaq üçün bəzi səbəblər var. Bankın analitikləri Dollarda mövqenin qorunmasını tövsiyə edirlər. Analitiklərə görə,Fed-in bu il daha bir dəfə faiz artıracağının gözlənilməsi və hələ də müsbət olan iqtisadi artım Dollar mövqeləri baxımından müsbətdir və amillər ABŞ valyutasını bahalaşdıracaqdır.


 
Digər tərəfdən, hedc fondları və digər treyderlər eyni fikirdə deyillər. Hedc fondları, dollarda May 2016-dan bəri ilk dəfə ötən həftə aşağı istiqamətli gözlənti içərisinə giriblər. CFTC-in Cümə günkü açıqlamasına görə, qısa dollar müqavilələri, uzun dollar müqavilələrindən 30,037 ədəd daha çox olub (Foreksdə Dollar satanlar, alanlardan çoxdur)

02.07.2017 17:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ