“ASAN Radio” və “Caspian Development Bank” birlikdə sosial aksiya keçirib
Dekabrın 27-də fəaliyyətə başlamasının bir illiyini qeyd edən “ASAN Radio” “Caspian Development Bank (CDB)” ASC ilə birlikdə “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirib.
Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak ediblər.
“ASAN Radio”nun direktoru Emin Musəvi çıxış edərək bildirib ki, aksiyanın məqsədi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. O, dövlət tərəfindən himayəyə götürülən, xüsusi təyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcəyini vurğulayıb.
ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiya incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl