Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Nə üçün varlı deyiləm?" deyirsinizsə...

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nə üçün varlı deyiləm?" deyirsinizsə...

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

Reklam_3_11

 

Hələ də nə üçün varlı olmadığınızdan narahat olursunuzsa, cavabı bu xəbərdə

 

Yəqin ki, hələ də nə üçün varlı olmadığınıza narahat olursunuz. Bəlkə də səbəb olaraq, qənaət edə və ya xərclərinizi nəzarət altına ala bilmədiyinizi düşünürsünüz. Nəzəri olaraq pulun idarə edilməsi olduqca sadədir: Çox qazan, az xərclə. Ancaq insan olaraq beynimiz vərdişlərimizə və şərtlərə görə qərarlar verir ki, bu qərarlar pulla bağlı problemlərinizin də əsasını yaradır. "Marja" xəbər verir ki, "The Balance" saytında dərc olunan məqalədə sizi varlı olmağa imkan verməyən  səbəblər sıralanıb.

 

"HƏR ŞEYƏ SAHİB OLACAĞAM" DÜŞÜNCƏSİNDƏN XİLAS OLUN

 

Əgər davamlı olaraq kifayət qədər pulunuzun olmadığını düşünürsünüzsə,həyata baxışınızı nəzərdən keçirməlisiniz. Günümüzün psixoloji dünyasına görə, "dar  bir dünyagörüşü zamana baxışımızı məhdudlaşdıraraq uzun perspektivdə bizi çətin vəziyyətə salacaq ani və qısamüddətli qərarlar verməyimizə səbəb olur. Eynilə kredit kartları ilə xərc edərkən, o pulun uzun perspektivdə ödənəcəyini düşünməmək kimi".

 

ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT

 

Dar düşüncəli baxış məhrumiyyət duyğusunu (bir şeydən məhrum olmağı düşünmək) doğuraraq, yanlış qərarlar verməyinizə səbəb ola bilər. Məsələn, kifayət qədər sahib olmadığınızı düşündüyünüz şeylər üçün həddən artıq xərxcləyə bilərsiniz.

 

Belə bir baxışdan bir gecədə xilas ola bilməzsiniz, ancaq bu an sahib olduğunuz şeyləri yazmağa başlayaraq işə başlaya bilərsiniz. Həyatınızda nəyin əskik olduğuna deyil, nələrə sahib olduğunuza diqqət yetirin.

 

SİZİ PUL XƏRCLƏMƏYƏ İTƏLƏYƏN SƏBƏBLƏRİ TAPIN

 

Pul və xərclər ilə əlaqəmiz tamam şəxsidir. Amma pul xərcləməyimizə səbəb olan xüsusi hərəkətvericilər var. Olduğunuz yer, mühit və ya hisslərinizə görə dəyişən bu hərəkətvericilər normaldan daha çox xərcləməyinizə səbəb ola bilər. Məsələn, ən sevdiyiniz mağazanın qarşısından keçirsinizsə özünü alış-veriş etməkdən çəkindir. 

 

MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT

 

Bunun üçün, sizi pul xərcləməyə itələyən özünüzə xas səbəbləri tapmağınız olduqca mühümdür. Hansı şərtlər və hisslər sizi xərcləməyə itələyir? Bu hərəkətvericiləri bir yerə yazın və hərəkətlərinizi yenidən nəzərdən keçirin.

 

VƏRDİŞLƏRİNİZDƏN İMTİNA EDİN

 

Maliyyə vəziyyətinizi daha da yaxşılaşdırmaq üçün indiki həyat tərzinizi də dəyişməyiniz lazımdır. Ancaq çox insan dəyişiklik etməyə maraqlı deyil. Bir çox insanlar adətkar olduqları şəkildə yaşamağı üstün tuturlar. Əgər maliyyə vəziyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə hər zaman gördüyünüz şeylərin kənara çıxmalısınız. Borclarınızdan xilas olmaq və ya qənaət etmək üçün,  adət etdiyiniz həyat tərzindən imtina etməlisiniz. Bunun üçün indidən bir şeylər etməyə başlayın. Ən böyük uğurlar, vərdiş etdiyiniz həyatın xaricində sizləri gözləyir.

 

MALİYYƏ PROBLEMLƏRİNİZLƏ ÜZLƏŞİN

 

İnsan olaraq, təzyiqlərdən və narahatlıq yaradan vəziyyətlərdən qaçma kimi bir davranış nümayiş etdiririk. Məsələ maliyyə vəziyyəti olanda da vəziyyət çox fərqli deyil. Dan Galai və Orly Sade tərəfindən aparılan araşdırmalar, investorların mənfi məlumatlardan və riskli vəziyyətlərdən qaçma meyli nümayiş etdirdiyini göstərir. Tədqiqatçılar bu mövqeyi "dəvəquşu effekti" adlandırır: Riskli maliyyə vəziyyətlərdən yayınaraq başınızı quma basdırmağınız bu risklərin mövcudluğunu qəbul etməməyiniz deməkdir.

 

Hər nə qədər bu araşdırma investorların mövqeyi ilə bağlı olsa da, digər maliyyə halları ilə yaxından əlaqəlidir. Kredit kartı balansınıza və bank hesabınıza nəzarət etməməyinizin səbəbi görəcəyiniz nəticənin sizi depressiyaya salmasından qorxduğunuz ola bilər.

 

"Dəvəquşu effekti"ndən xilas olmaq üçün maliyyə problemlərinizlə üzləşin. Problemləri görməməzliyə vurmağınız yalnız daha çox çətinlik yaradır. Problemlərinizi qəbul etsəniz maliyyə vəziyyətinizi daha yaxşı idarə edə bilərsiniz.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

03.07.2017 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ