Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bazarı tərk etmək niyyətində deyil - kapitalını azı 5 milyon artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarı tərk etmək niyyətində deyil - kapitalını azı 5 milyon artıracaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Standard Insurance” ASC-yə nizamnamə kapitalını artırmaq üçün verdiyi möhlət başa çatıb.

 

Şirkətdən verilən məlumata görə, hələ ki, kapital artımı ilə bağlı addım atılmayıb.

 

Bununla belə, “Standard Insurance” bazarı tərk etmək niyyətində deyil.

 

“Möhlət başa çatsa da, hazırda şirkətin səhmdarı ilə Palata arasında kapital artımı ilə bağlı danışıqlar davam etdirilir. “Standard Insurance”in nizamnamə kapitalı azı 5 mln. manat artırılacaq”, - deyə şirkətdən bildirilib.

 

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur.

 

"Standard Insurance" 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu il, mayın 30-da jurnalistlərə verdiyi açıqlamada şirkətin kapital çatışmazlığı problemini həll etməyəcəyi təqdirdə onun lisenziyasının ləğv olunacağını istisna etməyib.

 

© Report

 

03.07.2017 08:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ