Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İstiqraz sahibləri növbəti qazanclarını götürəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstiqraz sahibləri növbəti qazanclarını götürəcəklər

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

 

“SOCAR Capital” şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcək. Ümumilikdə, istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.

 

Qeyd edək ki, bu, SOCAR İstiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar.

 

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının illik gəlirliliyi 5%-dir. Ümumilikdə istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir.

 

İstiqrazlar dollarla satıldığına görə, bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülürəcək. və onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.

 

SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyinin yüksək olmasıdır. Nəticədə, istiqrazların dəyəri nominal qiymət olan min dollardan heç vaxt aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətinə görə artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

 

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.

03.07.2017 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ