Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kiloqramını 80 qəpiyə - 1 manata satırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiloqramını 80 qəpiyə - 1 manata satırlar

Ağstafalı fermerlər 700 hektar sahədə günəbaxan əkiblər.

 

Reklam_3_11

Ötən illə müqayisədə bu il Ağstafada 200 hektardan artıq sahəyə günəbaxan əkilib. Rayonun aran hissəsindəki kəndlərinin demək olar ki, əksəriyyətində bu təsərrüfat sahəsinə maraq böyükdür. Məhsuldarlığı ilə seçilən günəbaxan həm də yaxşı gəlir gətirir. Ağstafalı fermerlər də bu səbəbdən hər il günəbaxan sahələrini bir qədər də genişləndirirlər.

 

Fermer Mirələsgər Cabbarov  müxbiri ilə söhbətində deyib:

 

“Biz günəbaxanı keçən il sınaq üçün əkdik ki, görək nə effekt verir. Nəticəsi yaxşı oldu. Bu il də sahəmizi genişləndirmişik və çox yaxşı məhsul yetişdirmişik. Hazırda sahələrdə suvarma işi aparılır”.

 

Təsərrüfatçılar deyirlər ki, 1 hektar günəbaxanı becərib başa gətirmək üçün təxminən 800-900 manat xərc çəkirlər. Bunun müqabilində əldə etdikləri gəlir isə qənaətbəxş olur. Məsələn, ötən il hektara 2,5 ton günəbaxan götürən fermerlər məhsulun kiloqramını 80 qəpiyə - 1 manata satıblar. Bu mövsüm də qiymətlərin bu civarda olacağı gözlənilir. Rayonda əsasən yağ istehsalı üçün əlverişli olan günəbaxan yetişdirilir. Toxuma gəlincə isə, fermerlər Rusiyadan gətirilən sortlara daha çox üstünlük verirlər.

 

Qeyd edək ki, bitkinin yığımına avqust ayında başlanılacaq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan günəbaxandan daha çox bitki yağının istehsalında istifadə olunur. Çünki günəbaxan yüksək vitaminliliyi və yağlılığı ilə digər bitkilərdən seçilir.

 

© Azərtac

03.07.2017 09:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ