Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda yeni “ailə avtomobili”nin satışı başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni “ailə avtomobili”nin satışı başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Avtolux Azərbaycan” MMC avtomobil həvəskarlarını daha yeni bir modellə – Fiat Tipo sedanı ilə tanış etdi.

 

Bundan əlavə model daha 2 versiyada buraxılır - Fiat Tipo hetçbek və Fiat Tipo Universal . Yaxın gələcəkdə “Avtolux Azərbaycan” MMC satış nümayəndəliyində digər iki versiya ilə də tanış olmaq mümkün olacaq.

 

Türkiyə istehsalı olan bu model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır . Bu modelin satış həcmi 1988 – 1995-ci illərdə 2 milyondan artıq olub və hətta 1989-ci ildəTipo “ ilin avtomobili ” adına layiq görülmüşdür.

 

C seqmentinə aid olan kompakt, funksional Tipo sedan 1,6 litr həcmli mühərrik və 6 pilləli sürət qutusu ilə təchiz olunub.

 

“Avtolux Azərbaycan” MMC şirkətinin nümayəndələri yeni Tipo modelinin Azərbaycan bazarında populyar “ailə avtomobili” olacağına inandıqlarını bildiriblər.

 

Qeyd edək ki, Fiat Tipo modeli və Avtolux Azərbaycan MMC-də satışda olan digər modellər müştərilərə sərfəli kredit şərtləri ilə təklif olunur. Şərtlər 5 ilədək kredit müddətindən , ilkin ödəniş 20% və illik 17% -dən ibarətdir.

 

Kredit şərtləri və avtomobil haqqında daha ətraflı məlumatı 983 qısa nömrəsinə zəng etməklə və ya Ü. Hacıbəyli, 57 C ünvanında yerləşən satış nümayəndəliyinə yaxınlaşıb əldə edə bilərsiniz.

 

Qiymət komplektasiyalardan asılıdır: “Hazırda salonumuzda qalan 1 avtomobil 33500 AZN-dır. Digərləri gələn kimi satılıb. Salonda yalnız 1 ədəd qalıb. Yaxın gələcəkdə yenə gələcək bu avtomobillər və daha ucuz olanları da olacaq”.

03.07.2017 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ