Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.



Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan şirkəti olan "CRM GROUP" MMC hazırda Azərbaycana idxal olunan məhsulların yerli əvəzedicilirərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İT proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.

 


"CRM GROUP" MMC şirkətinin məqsədi Azərbaycan və regional İT bazarının tələblərinə əsasən yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin İT innovasiyaların "Made in Azerbaijan" brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.



Şirkətin təqdim etdiyi "CRM İT İNNOVATİON PRODUCTS" layihəsinin Pirallahı adasında Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.



Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilə qədər Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribyutoru olması, həmçinin İT proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.



Qeyd edək ki Yüksək Texnologiyalar Parkı yerli İT şirkətləri ilə yanaşı innovativ startap lahiyələrə daimi olaraq dəstək verməkdədir.

27.12.2016 17:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ