Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Korporativ İdarəetmə üzrə Təlim Seminar keçiriləcək - ÖDƏNİŞSİZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Korporativ İdarəetmə üzrə Təlim Seminar keçiriləcək - ÖDƏNİŞSİZ

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə Təlim Seminarı keçirəcək.

 

Mərkəzdən "Marja"ya daxil olmuş məlumata görə, seminarda, korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılacaq və yaxından öyrəniləcək. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunacaq, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə müzakirələr aparılacaq. Bununla yanaşı, daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, seminarı KPMG-nin Moskva ofisinin ekspertləri İqor Koroteçkiy, Yelena Xobotova, və İvan Barsola idarə edəcək.

 

Təlimdə tanınmış özəl şirkətlərin və dövlət müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak edəcək. Yekunda iştirakçılara İİTKM və KPMG –nin birgə sertifikatları təqdim olunacaq.

 

Qeyd edək ki, təlim ödənişsizdir.

03.07.2017 12:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ