Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ETSN: Qızmar hava iyulun 6-dək davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ETSN: Qızmar hava iyulun 6-dək davam edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova  bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.

 

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.

 

G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: “İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”. 

03.07.2017 12:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ