Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Özəlləşdirilmə gözələnilən gəliri gətirməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəlləşdirilmə gözələnilən gəliri gətirməyib

Hesablama Palatası özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu bildirir. Belə ki, 2017-ci ilin 5 ayında bu mənbə üzrə daxilolmaların cari ilin 200 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50 mln. manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may ayları üzrə müvafiq proqnozun cəmi 25%-nə bərabərdir.

 

Reklam_3_11

Bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyində bildirilir.

 

Qeyd edək ki, layihədə dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

 

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100 mln. manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68,768 mln. manat və ya 3,2 dəfə az olmaqla 31,232 mln. manat məbləğində vəsaitin daxil olduğu göstərilib. 

 

Qeyd edək ki, özəlləşdirmə hərraclarını Əmlak məsələləri üzrə Dövlət Komitəsi keçirir. Hərraca çıxardılan dövlət müəssisə və obyektlərinin əksəriyyətinə maraq olmur.

 

© Report

03.07.2017 13:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ