Mobil manşet üstü reklam-3_21

Hesablama Palatasından "neft" xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablama Palatasından "neft" xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesablama Palatası qarşıdakı dövrdə neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb.

 

Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə bildirilib ki, dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) əsas parametrləri formalaşdırıldığı təqdirdə neftin dünya bazarlarında qiymətinin 40 dollar nisbətində götürülməsi qərara alınıb.

 

"Cari ilin ilk 5 ayında neftin qiymətinin 50 dollardan yüksək olmasına baxmayaraq son 1 ayda qiymətlərdə azalma müşahidə edilib. Qarşıdakı dövrdə OPEC-ə üzv ölkələrin razılaşmasına baxmayaraq artan geosiyasi gərginlik, ABŞ-ın neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılması ehtimalı, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin cari ildə uçot dərəcəsini iki dəfə artırması, Səudiyyə Ərəbistanı və İraqın hasilatı artırması və s. bu kimi faktorlar ilin sonuna qədər neft qiymətlərinə qarşı ciddi təhdidin olmasını və nəticədə qarşıdakı dövrdə neftin qiymətlərinin dəyişmə ehtimalını şərtləndirə bilər", - deyə sənəddə vurğulanıb.

 

© APA

03.07.2017 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ