Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Hər hansı gömrük əməkdaşı saxlanılmayıb,evində, avtomobilində axtarış aparılmayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hər hansı gömrük əməkdaşı saxlanılmayıb,evində, avtomobilində axtarış aparılmayıb"

Bir neçə gün əvvəl Azərbaycan-Gürcüstan sərhədində Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun saxlanıldığı, iş yerində, maşınında və evində axtarış aparılması ilə bağlı məlumat yayımlanmışdı.

 

Reklam_3_11

Guya M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. 

 

Elə həmin gün deputat Məlahət İbrahimqızı açıqlamasında qardaşı Mehmandar Həsənovun həbs xəbərini təkzib edərək, onun iş başında olduğunu qeyd etmişdi.

 

Sözügedən hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi də məlumat yayıb.

 

Bildirilir ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkar edilməsi, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olması və həmin şəxsin də həbs edilməsi, evində, avtomobilində axtarış aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi mövcud gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq qaçaqmalçılıq, o cümlədən valyuta qaçaqmalçılığına qarşı qətiyyətli mübarizə aparır və bu barədə kütləvi informasiya vasitələri, eyni zamanda komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin aprel ayında adıçəkilən gömrük postunda külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.

 

Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.

03.07.2017 15:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ