Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyədə istehsal olunan avtomobilə dünyada böyük tələb var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə istehsal olunan avtomobilə dünyada böyük tələb var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin avtomobil istehsalçısı Tofaş, "Egea" ailəsinin modellərinə böyük tələblə qarşılaşıb. İlk 6 ayda 100%-dən çox artım təmin edən Tofaş, 200 mininci avtomobili ixrac edib. İxrac edilən ölkələrin sayı isə 47-yə çatıb.

 

Tofaş-ın İcraçı direktoru Cengiz Eroldu bildirib ki, Fiat Egea model ailəsi ilk fazada İtaliya, Fransa, Almaniya, İspaniya və Böyük Britaniya kimi Avropa ölkələrinə, yüksək ədədlərdə ixrac edilib. Daha sonra  modellər mərhələli olaraq dünyanın bir çox fərqli nöqtəsinə göndərilməyə başlanıb: 

 

 "Tofaş-da inkişaf etdirilərək istehsal olunan Fiat Egea-nın qısa müddətdə nail olduğu uğur bizlərə nə qədər məqsədəuyğun bir qərar verdiyimizi göstərdi. Fiat Egea-nıı bazara təqdim etdiyimiz gündən bu yana, qlobal mənada daim artan tələbə cavab vermək üçün istehsalımızı artırdıq.

 

Bu gün model ailəmizi, dünyanın müxtəlif bölgələrinə də ixrac etməyə başladıq; Fiat Egea-nı, Yaxın Şərqə, Cənubi Afrika, Almaniya, Fransa, İslandiyaya da göndəririk. Tofaş mühəndislərinin və işçilərinin imzasını daşıyan Egea modelini ixrac etdiyimiz ölkələrin sayı 47-yə çatıb. İyul 2017-ci il tarixinə 200 mininci maşınımızı ixrac etməyimizin qürur və xoşbəxtliyini yaşayırıq" deyə bildirib.

 

Cengiz Eroldu, Hatchback və Station Wagon modellərinin istehsal edilməsilə Egea ixracının 2017-ci ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrünə nisbətən 100%-dən çox artım göstərdiyini də vurğulayıb.

 

Tofaş 2017-ci ili təxminən 300 min ədədin üzərində bir ixracla başa çatdırmağı hədəfləyir.

 

Qeyd edək ki, model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır. Azərbaycanda Fiat Tipo modelinin satışını “Avtolux Azərbaycan” MMC şirkəti təmin edir.

04.07.2017 03:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ