Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azercell Karyera Sərgisində iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell Karyera Sərgisində iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün "Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

 

Azercell Telekom növbəti dəfə tələbə və məzunların inkişafında və gələcək karyeralarında dəstək olmaq üçün bu karyera yarmarkasında iştirak edib. Tədbirdə 3 dövlət və Azercell daxil omaqla 44 özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub.

 

Şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

 

Tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

04.07.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ