Ən yuxarı statik reklam-3_3

Nazirlik: Torpaq sahəsi yeni badam bağının salınması üçün “İdeal-Biznes”ə icarəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Torpaq sahəsi yeni badam bağının salınması üçün “İdeal-Biznes”ə icarəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Maşdağada zeytun bağlarının məhv edilməsi ilə bağlı  rəsmi açıqlama yayıb.

 

Məlumatda deyilir: 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin“Qaynar xətt”inə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

 

Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib.Faktla bağlı akt tərtib olunub,  təqsirkarların müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə məktub göndərilib.

 

 Araşdırma zamanı müəyyən olub ki, Abşeron rayon İcra Hakimiyyətinin 21.07.2016-cı il tarixli 224 nömrəli sərəncamı ilə Abşeron rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar “İdeal-Biznes” CO MMC-yə (Xalq Bank-ın səhmdarı) 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında Torpaq icarəsi müqaviləsi bağlanıb.

 

Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.

 

Qeyd edək ki, dünən Maştağa sakinlərinə istinadən zeytun bağlarının məhv edilməsi, ağacların kökündən çıxarılması, yandırılması barədə məlumat yayılmışdı.   

 

© Movqe.az

04.07.2017 10:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ