İranın vitse-prezidenti: Azərbaycan və İran şəhərləri arasında yeni aviareyslər açılmalıdır

 

İran tərəfi Bakı, Gəncə və Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu İranın vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur deyib.

 

“Biz İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıyıq”, - deyə o, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bildirib.

 

İranlı vitse-prezidentin sözlərinə görə, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

 

Qeyd edək ki, 3-9 iyul tarixlərində İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Ə.Qarayev Tehranda səfərdədir.

 

 

4 İyul 2017 , 12:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin