Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“AtaSığorta”nın “Xətai” filialı və “Bayıl” nümayəndəliyi fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”nın “Xətai” filialı və “Bayıl” nümayəndəliyi fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Xətai” filialını və “Bayıl” nümayəndəliyini istifadəyə vermişdir.

 

Reklam_3_11

Yeni açılmış “Xətai” filialı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 105, “Bayıl” nümayəndəliyi isə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 18 ünvanında fəaliyyət göstərməyə başlamışdır.

 

Rahat və geniş binalar tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Filial və nümayəndəliyin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.

 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

04.07.2017 12:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ