Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şahdəniz 2 üzrə daha bir mühüm iş başa çatdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahdəniz 2 üzrə daha bir mühüm iş başa çatdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şahdəniz 2 üçün birinci platformanın üst tikililəri quraşdırıldı

 

Reklam_3_11

Şahdəniz 2 üçün inşa olunmuş  Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra,  iyulun 2-si saat 18.00-da bu qurğu öz daimi yerinə çatmış, dünən (iyulun 3-də) səhər isə onun artıq çoxdan həmin yerdə quraşdırılaraq üzt tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanmışdır.

 

STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət etmiş, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulmuşdur. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürmüşdür.

 

Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya  köçürülmüş və sazlama-montaj işlərinə hazırlıq başlanmışdır.

 

BP-nin layihələr üzrə vitse-prezidenti  Yuan Drammond: “Bu gözəl xəbərdir. Shahdəniz 2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm.”

04.07.2017 12:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ