Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya qoymuş 5 ölkə
2016-cı ildə Rusiya şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşları 22,8 dəfə –363,2 mln.dollaradək artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"İsveçrə, Rusiya və Türkiyə ötən il Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşu həyata keçirmiş əsas xarici investorların üçlüyünə daxil olub", - deyə məlumatda bildirilir.
İsveçrə şirkətləri tərəfindən respublikanın qeyri-neft sektoruna 370,5 mln. dollar (2016-cı il ərzində artım 23,6 dəfə), Rusiya şirkətləri tərəfindən 363,2 mln. dollar (artım 22,8 dəfə), Türkiyə şirkətləri tərəfindən 307,5 mln. dollar (artım 39,5%) məbləğində investisiya qoyulub.
Statistik məlumatlara görə, Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymuş ən iri investorların beşliyinə Böyük Britaniya (174,4 mln. dollar) və Niderland (127,9 mln. dollar) da daxildir.
Bütövlükdə 2016-cı ildə respublikanın qeyri-neft sektoruna xarici investisiya qoyuluşları 98,3% - 1 mlrd. 706,2 mln.dollaradək artıb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl