Mobil manşet üstü reklam-3_21

Qətər, böhranın "gizli" səbəbindən caymır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətər, böhranın "gizli" səbəbindən caymır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Qətər hökuməti  2024-ci ilə qədər ildə 100 milyon ton qaz hasil ediləcəyi açıqlayıb.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin diplomatik əlaqələrini kəsərək embarqo tətbiq etdiyi Qətər, qarşıdakı bir neçə il ərzində qaz hasilatını 30% artırmağı planlaşdırdığını açıqlayıb.


 
Qətər mətbuatda yer alan xəbərlərə görə, Qətər neft-qaz şirkətinin sədri Saad Sherida Al Kaabi keçirdiyi mətbuat konfransında Qətərin 2024-ci ilə qədər ildə 100 milyon ton qaz hasil edəcəyini bildirib.
 


Qətərin daha əvvəl bildirdiyi, ölkənin şimal qaz sahəsinin cənubundakı yeni qaz layihəsinin reallaşması ilə Qətərin qaz hasilatı gündə 6 milyon barrel neft ekvivalenti artacaq.


 
Dünyanın ən iri mayeləşdirilmiş qaz istehsalçısı olan Qətərin bugünkü illik 77 milyon ton olan istehsalı yeni layihə ilə birlikdə 100 milyon tona çatmış olacaq.


 
Dünyanın ən böyük qaz ehtiyatlarından birinə malik olan Qətər ilə İranın 2013-dən bu yana münasibətləri yaxşı vəziyyətdədir. Ekspertlərə görə, bu vəziyyət ABŞ və Səudiyyə Ərəbistanına təsir edirdi, çünki 2013-cü ildə qurulan bu ittifaq bölgədəki balansı dəyişdirə bilər. Qətər və İranın dünyanın ən böyük qaz sahəsini istehsala açması qərarı, Körfəzdəki böhranın gizli səbəblərindən biridir.

04.07.2017 14:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ