Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda müəssisələr şəbəkəsi yaranacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda müəssisələr şəbəkəsi yaranacaq

2017-2020-ci illərdə Azərbaycanda qara metallurgiya kompleksindən tam həcmdə istifadə ediləcək.

 

Reklam_3_11

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

 

Qeyd olunur ki, ölkənin təbii resurslar bazasından optimal istifadə edilməsi məqsədilə beynəlxalq dağ-mədən və metallurgiya şirkətləri ilə əməkdaşlıq intensivləşdiriləcək, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaq. Dəmir konsentratı yuvarının istehsal həcmləri artırılacaq. Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılması təşviq ediləcək: metallizləşdirilmiş dəmir istehsalı, elektrik poladəritmə, polad təbəqələr istehsalı və sair.

 

Bildirilir ki, yerli xammal bazasının hərtərəfli qiymətləndirilməsi nəticəsində ilkin mərhələdə yerli alunit və boksitlərdən, həmçinin neft sənayesinin (anod blokları) imkanlarından yararlanmaqla alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılanması məsələsinə baxılacaq. Alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulması üçün tədbirlər görüləcək.

 

Göstərilmiş tədbirlərin yerinə yetirilməsi 2020-ci ilədək ölkənin dağ-mədən və metallurgiya sektorunda yerli xammal potensialından tam istifadə olunmasına, polad və alüminiuma yerli tələbatın qarşılanmasına, həmçinin artan istehsal səbəbindən maşınqayırma sektoruna sifarişlərin çoxalmasına şərait yaradacaq. Bu prioritetin 2020-ci ildə real ÜDM-ə gözlənilən təsirinin 1 milyard manat olacağı proqnozlaşdırılır (təsirin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir). Əlvan metallurgiyanın ÜDM-ə təsirinin hesablanması təbii ehtiyatların həcminin və keyfiyyətinin, həmçinin alunitdən alüminium almaq üçün texnologiyanın qiymətləndirilməsi aparıldıqdan sonra həyata keçiriləcək.

 

Prioritetlər çərçivəsində tədbirlərin əhatə dairəsi nəzərə alınaraq, dəmir filizi kompleksinin və emal müəssisələrinin tikilməsi üçün 2020-ci ilədək 2 milyard manta həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır. Lakin müəyyən əlavə nəticələrin əldə edilməsi planları hesabına bu məbləğ arta bilər (investisiya tələbinin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir).

 

Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılmaması və alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulmaması, həmçinin Azərbaycanda alunit ehtiyatlarının həcminin müəyyən edilməsi və alüminium istehsalı üçün səmərəli texnologiyanın mövcud olmaması əsas risk yaradan faktorlardandır.

28.12.2016 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ