Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Fitch” “CDB Bank”ın “AtaBank”a qoşulmasına münasibət bildirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch”  “CDB Bank”ın “AtaBank”a qoşulmasına münasibət bildirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaBank” ASC ilə “Caspian Development Bank” ASC-nin konsolidasiyası birincinin reytinqlərinə birbaşa təsir etməyib.

 

Reklam_3_11

“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata görə, bankda yüksək kapitallaşmanın müsbət təsiri ilə kredit portfelinin pisləşməsi arasında balans yaranıb, bu da konsolidasiyadan sonra bankın kredit portfelinin 'B-' səviyyəsində olacağı ehtimalını gücləndirir.

 

“Konsolidasiyadan sonra “Atabank”a 20 milyon manat həcmində kapital ayrılıb. Bu kapital dəstəyini müsbət qarşılayırıq. Buna baxmayaraq, aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi neqativ haldır. Xüsusilə də konsolidasiyadan əvvəl bankda qeyri-işlək kreditlərin həcmi 2016-cı ilin sonuna ümumi kredit portfelinin 30%-ni təşkil edib. Halbuki bu rəqəm 2015-ci ilin sonuna 13% təşkil edib. Hesab edirik ki, konsolidasiyaya gedən bank üçün qeyri-işlək kreditlərin həcmi 23% ətrafında olmalıdır, ehtiyatlar isə 55% təşkil etməlidir”, - deyə məlumatda qeyd olunub. 

 

Məlumatda o da bildirilir ki, “Fitch” “Atabank”ın konsolidasiyadan sonra kredit portfeli və digər potensial reytinq səviyyələri barədə yaxın zamanda ətraflı məlumat yayacaq. 

 

©APA

05.07.2017 07:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ