Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya OPEC-in yeni müqaviləsinə qarşı çıxacaq - 4 Rusiya rəsmisi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya OPEC-in yeni müqaviləsinə qarşı çıxacaq - 4 Rusiya rəsmisi

Rusiya hökumətinin 4 rəsmisinin verdiyi məlumata görə, Rusiya, hazırkı OPEC müqaviləsinə sadiq qalmaq istəyir, amma neft istehsalçılarından ibarət qrupun bu ay  keçirəcək nazirlər toplantısında, hasilatın azaldılmasını "dərinləşdirməyə" dair hər hansı bir təklifə qarşı çıxacaq.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, hazırkı müqavilənin müddətinin uzadılmasının ardınca təklifdə tez zamanda baş verəcək başqa bir azalma, neft bazarına səhv mesajlar verə bilər. Həmçinin, belə bir hərəkət, OPEC, Rusiya və digər neft istehsalçısı ölkələrin razılaşmasının qiymətləri kifayət qədər dəstəkləmədiyi barədə narahat olduqları təsəvvürünü yarada bilər. Dörd mənbə də adını verməmək şərtilə məlumat veriblər.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN


 
Rusiya, İyulun 24-də Sankt-Peterburqda OPEC nazirləri və üzv olmayan bəzi ölkələrlə toplantı keçirməyi planlaşdırır. Bu iclasda qlobal hədsiz hasilatın qarşısına keçmək məsələsində qət edilən mərhələ müzakirə olunacaq. ABŞ-da artan neft istehsalının yenidən canlanmasına bağlı olaraq hasilatın azaldılmasının uğuru barədə şübhələr artıb.


 
Rusiyanın neft istehsalçıları, qiymətləri dəstəkləmək adına istehsalı könüllü olaraq gündəlik təxminən 300,000 barel azaldıb. İstehsalın məhdudlaşdırılması 2018-in ilk rübünün sonuna qədər davam edəcək.
 


Başqa bir mənbə, Rusiya hökumətinin bir qisminin, hasilatın daha çox azaldılmasının və müqavilənin uzadılmasına qarşı çıxdığını bildirib. Onlar müqavilə başa çatdıqdan sonra volatilliyin daha çox artıracağını bildiririrər.

05.07.2017 08:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ