Ən yuxarı (mobil)-2_30

“Yerli buğda keyfiyyətsizdir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yerli buğda keyfiyyətsizdir”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondunun yüksək keyfiyyətli buğdanın tədarükü ilə bağlı elanından sonra bu günə qədər fermerlərdən 100-dən çox müraciət olub.

 

Reklam_3_11

FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov keçirdiyi mətbuat konfransında bildirib ki, uzun illərin müşahidəsi yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir.

 

“Bizim yerli buğda istehsalçılarının keyfiyyətli buğda tədarükü yoxdur. Bəzən buğdanın keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Buna səbəb fermerlərin buğdanın becərilmə prosesi zamanı yol verdikləri yanlışlıqlardır. Bundan başqa, fermerlərimiz keyfiyyətli toxum almırlar. Buğdanın elə növləri var ki, onlar çörək üçün, eləsi də var ki, makaron üçün, bəziləri isə spirt üçün nəzərdə tutulur. Buna görə də, fermerlər sortun seçimində diqqətli olmalıdırlar. Dünyada qəbul olunmuş normalar var. Azərbaycan vətəndaşı daha keyfiyyətli çörəklə qidalanmalıdır. Bəzən insanlar “ərzaqlıq buğda istehsal olunub”, -  deyə ifadə işlədirlər. Lakin Azərbaycanda istehsal olunan buğdanın hamısı ərzaqlıq, çörək bişirilməsi üçün nəzərdə tutulmur”, - deyə idarə rəisi əlavə edib.

 

İdarə rəisi onu da əlavə edib ki, Azərbaycanda fermerlər bərk buğda istehsalında maraqlı deyillər: “Hal-hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyacı var. Bu buğda növləri həmçinin baha qiymətə alınır”.

 

Dövlət Taxıl Fondu tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəmək niyyətindədir

 

Zülfüqar Məmmədov mətbuat konfransında bildirib ki, "Ərzaq səbətinin tərkibinə əsasən adambaşına 186 kiloqram ərzaqlıq buğda tələb olunur".

 

Onun sözlərinə görə, ötən il 1,6 mln. ton buğda idxal olunub. Yerli istehsalçılar isə həmin dövr ərzində ümumilikdə 1,854 mln. ton buğda istehsal edib.

 

"Məqsədimiz tələbatın böyük əksəriyyətini yerli istehsal hesabına ödəməkdir. Təəssüf ki, buna nail ola bilmirik. Ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir. İxtisaslı kadr olmazsa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nəzarət etmək mümkün deyil. Bazarın tələbatına uyğun sortların yaradılması üçün işlər görülməlidir. Biz həm buğdanı istehsal etməliyik, həm də almalıyıq", - deyə Z.Məmmədov bildirib.

 

© APA

05.07.2017 10:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ