Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Kartlar 2-3 bankın əlində cəmlənib, komisyonun endirilməsinə müqavimət göstərirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kartlar 2-3 bankın əlində cəmlənib, komisyonun endirilməsinə müqavimət göstərirlər"

“Kartlar 2-3 bankın əlində cəmlənib və bu banklar xərcin endirilməsinə müqavimət göstərir”.

 

Bunu “GoldenPay”in İcraçı direktoru Fərid İsmayılzadə deyib.

 

O qeyd edib ki, böhran zamanı ödənişi qəbul edən bütün şirkətlər öz komissiyalarını endirib və bu da “GoldenPay”in gəlirlərinə ciddi təsir edib. Nəticədə şirkətin marketinq imkanları azalıb. “Bizim xərclərin ən önəmli hissəsi “interchange” adlanan, ölkədaxili banklararası ödənişlərdir. Bu rəqəmlər ölkəmizdə çox yüksəkdir. Məsələn, qonşu Gürcüstanda bu rəqəm üç dəfə azdır.

 

Bu, kartı emisisya etmiş bankın kartla edilən ödənişi qəbul edən banka ödədiyi komisyon haqqıdır. Yaxşı bilirsiniz ki, ölkədə kartlar, demək olar ki, 2-3 bankın əlində cəmlənib və bu banklar da xərcin endirilməsinə müqavimət göstərir. Halbuki xərclər enərsə dövriyyəni o qədər artırmaq olar ki, onlar indikindən dəfələrlə daha çox pul qazanar. Hal-hazırda banklar arasında bu tarif barədə danışıqlar gedir.

 

© Banco

 

Mərkəzi Bank banklararası prosessinq mərkəzi yaratmadan öncə bu işlər əslində daha rahat idi. O zaman Visa və MasterCard təmsilçiləri ilə oturub, rəqəmlərə baxıb, tarifləri müəyyən etmək olurdu. İndi isə 20-30 bank razılaşmalıdır ki, bu da praktiki olaraq mümkünsüzdür. Mərkəzi Bank-dan və ölkəmizdə nağdsız ödənişlərin inkişafına məsul olan dövlət qurumlarından bu məsələyə müdaxilə etməsini və bu "interchange" məsələsinə təsir etməsini gözləyirik”. 

05.07.2017 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ