Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub"

“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”.

 

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

 

O bildirib ki, ötən ilin bu dövrü ilə müqayisədə ölüm hallarının sayında artım müşahidə olunur:

 

“Əvvəllər piyadaların vurulması ilə nəticələnən qəzalar Bakı şəhəri üzrə 60-65 faiz, respublika üzrə isə 40-45 faiz təşkil edirdi. Bu faiz bir qədər azalaraq 37 faizə enmişdi, amma son məlumatlara görə isə artıq 50 faizdir”.

 

K.Əliyev qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin də təqsiri az deyil:

 

 “Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkət qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar”.

 

© Report

05.07.2017 10:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ