Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ukraynada SOCAR-ın neft məhsullarının saxlanıldığı baza yanır- YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukraynada SOCAR-ın neft məhsullarının saxlanıldığı baza yanır- YENİLƏNİB

 

"SOCAR Ukraine": "Neft bazasındakı çənlərə ziyan dəyməyib, yanğın söndürülüb"

 

"SOCAR Ukraine" şirkətinə məxsus neft bazasındakı çənlərə ziyan dəyməyib, Odessa vilayətindəki "Svitanok Oil Treyd" neft bazasında yanğın söndürülüb.

 

Bu barədə  "SOCAR Energy Ukraine" şirkətinin mətbuat xidmətindən məlumat veriblər.

 

"Neft bazasında OKKO şirkətinə məxsus yanacaqdaşıyan maşın partlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər gəlib, yanğının qarşısı alınıb. Xəsarət alanlara yardım göstərilib. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır", - mətbuat xidmətindən bildiriblər.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın təxminən yarım saat ərzində tamamilə söndürülüb. Təqribən 100 kvadratmetrlik sahə yanıb. İki nəfər - yanacaqdaşıyan maşının sürücüsü və neft bazasının işçisi xəsarət alıb.

 

Yanğının söndürülməsi üçün 15 ədəd texnika və 60 yanğınsöndürən cəlb edilib.

 

Saat 14:42 olan

 

Ukraynanın Odessa vilayətində yerləşən "Svitanok" neft bazasında güclü yanğın baş verib.

 

Adıçəkilən bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.

 

Hazırda neft bazasının personalı təxliyə olunur.

 

Fövqəladə Hallar Komissiyasının yerli bölməsi yanğının baş verdiyini təsdiqləyib. Qurumdan verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

 

"Dumskaya" portalı isə yazır ki, neft bazasının ərazisində yanacaq daşıyan avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.

 

SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidmətinin açıqlamasında isə deyilir ki, yanğın OKKO şirkətinə məxsus olan yanacaq daşıyan avtomobilin partlaması nəticəsində meydana gəlib: "Neft bazasının rezervuarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib".

 

©APA/Report

05.07.2017 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ