Ən yuxarı statik reklam-3_3

Bu bank müştərilərinə 60 ədəd İphone 7 hədiyyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank müştərilərinə 60 ədəd İphone 7 hədiyyə verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində tam sığortalı əmanət yerləşdirən müştərilərin bu kampaniyadan yararlanmaq üçün sadəcə 3 günü qalmışdır. 

 

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər.

 

Bu günə qədər kampaniya çərçivəsində – 60 ədəd İphone 7  və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

 

Xatırladmaq istərdik ki,  “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone 7 (128 GB), İphone 7 (32GB), Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel  Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

 

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 30 dekabr 2016-cı il tarixinədək qüvvədədir.

 

 

Həmçinin 30.07.2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “AtaBank” müştərilərə bildirir ki,  "Əmanətlərin tam sığortalanması haqqında" Qanununun şərtlərinə uyğun olaraq "AtaBank"-da yerləşdirilən əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır.

 

“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyasında iştirak etmək üçün minimal yerləşdirəcəyiniz məbləğ 10.000 AZN və ya USD təşkil etməlidir. Lakin məhz telefon hədiyyə almaq üçün 30.000 USD və ya 50.000 AZN əmanət yerləşdirməlisiniz.

 

Əmanətlərin şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

 

https://www.facebook.com/atabank/

 

28.12.2016 06:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ