Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfədən çox üstələyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 3 dəfədən çox üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100457S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 100 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Reklam_3_11

BFB-dən verilən məlumata görə, hərraca 7 investor 9 sifariş təqdim edib.

 

Sifarişlərin nominal üzrə ümumi məbləği 320 429 500 manat təşkil edib. Sifarişlər 99,2278 manat (10,01%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%), səviyyəsində AMB tərəfindən müəyyən olunub.

 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 100 mln. manat məbləğində müəyyən edilib.

 

Qiymətli kağızların ödəmə tarixi 2 avqust 2017-ci ildir.

05.07.2017 14:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ