Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yükaşırmada 43,5% artım qeydə alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yükaşırmada 43,5% artım qeydə alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə və qəbul olunmuş “Strateji Yol Xəritəsi”nin çağırışlarına cavab verərək, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyatların tətbiqi üçün fəaliyyətini davam etdirib.Nəticədə 2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb.  Bu barədə QSC-dən  bildirilib.

 

Reklam_3_11

Məlumata görə, ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-ə qədər artaraq 1 900 min ton təşkil edib. Yükaşırmanın 89%-i tranzit yükaşırmanın payına düşüb.

 

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5 773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5 961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14 478 nəfər olub.

 

Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16 204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10 154 ədədi (62.7%)Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

 

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin birinci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olmuşdur. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin payına düşüb.

05.07.2017 16:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ