Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Rabitəbank”a yeni səhmdar gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank”a yeni səhmdar gəlib

Bakı Fond Birjasında (BFB) “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanııb.

 

BFB-yə istinadən verilən xəbərə görə, Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 414 367 ədəd səhmi (təxminən 8,4 mln. manatlıq) təkrar bazarda realizə edilib.

 

Məlumata görə, “Rabitəbank” bir qədər əvvəl nizamnamə kapitalını 40 mln. manat artıraraq 88,5 mln. manata çatdırdıqdan sonra Bankın səhmlərinə müxtəlif sahibkar tərəfindən maraq göstərilib. Buna görə də, mövcud səhmdarlar səhmlərin bir hissəsini (təxminən 9,5%-ni) kənar investora satmağa qərar veriblər və bu sövdələşmə BFB-də rəsmiləşdirilib. Hələ ki, yeni səhmdarın adı açıqlanmır.

 

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Bankın Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı) və digər fiziki şəxslərdir.

 

© Report

06.07.2017 08:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ