Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Həyat” ölkənin ən iri sığorta şirkəti oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” ölkənin ən iri sığorta şirkəti oldu

Şirkət yığımlarının və aktivlərinin həcminə görə bazarın liderdir...

 

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən  "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, “PAŞA Həyat” tərəfindən ümumilikdə 71,711 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,679 mln. manat və ya 2,2 dəfə çox olub.

 

Qeyd edək ki, “PAŞA Həyat” yığımlarının, eləcə də aktivlərinin həcminə (190,525 mln. manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur.

 

Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 mln. manat və ya 51,4% artaraq 15,119 mln. manata çatıb.

 

Сari ilin iyul ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

06.07.2017 08:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ