Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq supermarketin Bakıda daha 3 şöbəsi açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq supermarketin Bakıda daha 3 şöbəsi açılacaq

Hollandiyanın beynəlxalq supermarket şəbəkəsi olan SPAR-ın Bakıda şöbələrinin sayı artırılır.

 

“Marja” xəbər verir ki, SPAR-ın Azərbaycanda tərəfdaşı olan “Araz Supermarket” MMC daha 3 marketi istifadəyə verməyə hazırlaşır.

 

“İyul ayı ərzində Bakıda 3 SPAR supermarket açmağı planlaşdırmışıq. Açılacaq marketləridən biri Elmlər Akademiyası metro stansiyası yaxınlığında, Bakı Dövlət Universiteti ilə üzbə-üz, ikincisi Səməd Vurğun küçəsində, Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında, üçüncüsü isə Koroğlu Rəhimov küçəsində yerləşir”,- “Araz Supermarket” MMC-nin direktoru Vüsal Şərifov “Marja”ya bildirib.

 

O qeyd edib ki, 3 şöbədən əlavə 2017-ci ilin sonundək daha 3 SPAR supermarketin açılması nəzərdə tutulur.

 

Hazırda Bakıda 4 SPAR Market fəaliyyət göstərir və ilin sonuna kimi SPAR-ın Bakıda 10 filialı fəaliyyət göstərəcək.

 

“ARAZ”LAR DA ARTACAQ

 

Vüsal Şərifov əlavə edib ki, “Araz Supermarket”lərin sayının artırılması, xüsusilə regionlarda şəbəkənin genişləndirilməsi nəzərdə tutulur:

 

 “Rayonlarda “Araz”ın ilk filialını Bərdə şəhərində istifadəyə verdik. Tezliklə digər potensialı olan regionlarımızda “Araz Supermarket” açılacaqdır”.

06.07.2017 09:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ