Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bakı-Moskva” rubl kartı istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı-Moskva” rubl kartı istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan) “Bakı-Moskva” rubl kartını istifadəyə verib.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, “Bakı-Moskva” rubl kartı ilə Rusiyada pul xərcləmək daha sərfəli olub.Bankın yeni kartı Cash Back funksiyası sayəsində Rusiya ərazisində nağdsız əməliyyatlar vasitəsilə xərclənən məbləğin 0,5%-ni geri qaytarır.

 

“Bakı-Moskva” kartı nağdsız ödənişlərin aparılması, eləcə də nağd vəsaitlərin çıxarılması üçün nəzərdə tutulan debet rubl kartıdır. Kartın müddəti müştərinin seçimindən asılı olaraq 24 və 36 ay təşkil edir.

 

“Bakı-Moskva” kartı ilə digər ölkələrdə də istifadə etmək mümkündür, bu zaman rubl müştəriyə tələb olunan valyutaya konvertasiya olunacaq.

 

Nağd valyutanın çıxarılması üçün VTB-nin güzəştli bankomat şəbəkəsindən istifadə olunduqda komissiya bank VTB (Azərbaycan)-ın tariflərinə uyğun tutulacaq. VTB-nin güzəştli bankomat şəbəkəsinə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də Rusiyada VTB24 və Poçta bank-ın ATM-ləri daxildir. Azərbaycan ərazisində güzəştli şəbəkəyə PashaBank və AccessBank bankomatları daxildir.

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

06.07.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ