Ən yuxarı (mobil)-2_30

Dünyanın ən varlıları 2016-da 237 milyard dollar qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlıları 2016-da 237 milyard dollar qazanıb

Dünyada populist seçicilərin Avropa Birliyi və ABŞ-da siyasəti yenidən formalaşdırdığı bir ildə, dünyanın ən varlılar siyahısındakı adlar 2016-da sərvətlərini 237 milyard dollar artırıblar.


 
2016-nın əvvəlində Çindən mənfi məlumatlar gəldi, ilin ortasında İngiltərə  Avropa İttifaqından çıxmaq qərarı verdi və il sonunda milyarder Donald Trump ABŞ-da prezident seçkisini qazandı. "Marja" xəbər verir ki, Bloomberg Milyarder İndeksinə görə, dünyanın ən varlılarının il sonundakı cəmi sərvətləri 5.7 faiz yüksələrək 27 Dekabrda 4.4 trilyon dollara çatıb.


 
"UBS Wealth Management"də ultra zəngin müştərilər departamentinin rəhbəri olan Simon Smiles, "Adətən müştərilər volatilliklə mübarizə apardılar. 2016 riskli aktivlər üçün möcüzə bir il oldu" deyib.


 
Ən çox qazanan ad Uorren Buffett (Warren Buffett), özünün investisiya şirkəti Berkshire Hathaway Inc.-ın hava yolu və bankçılıq aktivlərini Trumpın 8 Noyabrdakı sürpriz qələbəsinin ardından yüksəlməsilə, sərvətini 11.8 milyard dollar artırıb. Sərvətinin böyük bir qismini yardım təşkilatlarına bağışlamağı vəd edən Buffett, İyul ayı etibarilə 2.6 milyard dollar dəyərində Berkshire Hathaway səhmi bağışlayıb.

28.12.2016 07:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ