Ən yuxarı statik reklam-3_3

Blumberq, Azərbaycanın təşəbbüsü ilə platformasını təkmilləşdirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Blumberq, Azərbaycanın təşəbbüsü ilə platformasını təkmilləşdirib

Azərbaycan Mərkəzi Bankı valyuta və depozit hərraclarını Blumberq hərrac platforması vasitəsilə həyata keçirir.

 

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir:

 

Özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən Blumberq hərrac platforması hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.

 

Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilmişdir. Belə ki, Blumberq hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilmişdir.

 

Qeyd edək ki, Blumberqin çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə Blumberqin FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. Blumberq Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem Blumberqin statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funksionallıqlarına tam inteqrasiya olunmuşdur.

06.07.2017 10:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ